Bakıda yaşayış binasında partlayış - Dağıntılar altında qalanlar ola bilər

Bakıda yaşayış binasında partlayış - Dağıntılar altında qalanlar ola bilər
SOSİAL
16:55 29.01.2018
1837
Bakıda yaşayış binasında partlayış olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Dağıntılar altında qalanların olduğu ehtimalı da var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

OXŞAR XƏBƏRLƏR