Bakıda yaşayış binasında yanğın - 2 nəfər zəhərləndi

Bakıda yaşayış binasında yanğın - 2 nəfər zəhərləndi
SOSİAL
10:33 27.11.2017
779
Bakının  Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində  yanğın baş verib.
 
AZXEBER.COM xəbər verir ki, hadisə nəticəsində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb. 
Yanğın zamanı tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə edilib.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR