Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
SOSİAL
11:30 20.01.2019
5898
Bakıda yanğın olub.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Binanın 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə və içərisində 2 ədəd məişət avadanlığı, hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə və plastik qapısı yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 8 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR