Bakıda yaşayış binasında yanğın başlayıb.
AZXEBER/COM APA-ya istinadən xəbər verir ki, görə, hadisə Yasamal rayonu İnşaatçılar prospekti 152-154 ünvanında yerləşən 5 mərtəbəli binada qeydə alınıb.
Binanın damında başlayan yanğının bir neçə mənzilə keçdiyi bildirilir. Sakinlər təxliyə olunub.
Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.


