Bakıda yaşayış evində baş vermiş partlayış yanğına səbəb oldu

SOSİAL
22:08 01.12.2021
378
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mansarda tipli evin 1-ci mərtəbəsinin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən evin plastikdən ibarət pəncərə çərçivələri qismən dağılıb.

Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR