Bakıda mərasim evinin tavanı çökdü - Yaralılar var

Bakıda mərasim evinin tavanı çökdü - Yaralılar var
SOSİAL
13:42 19.01.2024
425
Yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyə edilib.

***

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı mıəlumat yayıb: "Nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb” .

Hadisə ilə bağlı araşdırma aparılır.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR