Komitə sədri: "Yataqxanada baş verən yanğın qəsdən törədilib"

Komitə sədri: "Yataqxanada baş verən yanğın qəsdən törədilib"
SOSİAL
13:40 10.04.2019
4326
Bu il martın 6-da Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada baş verən yanğının qəsdən törədildiyi məlum olub.

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər ölmüş, 6 nəfər xəstəxanaya yerləşdirilmişdi.
OXŞAR XƏBƏRLƏR