Bakıda yataqxanada yanğın: Sakinlər təxliyə olundu

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyə olundu
SOSİAL
12:21 11.07.2017
851
Yasamalda yaşayış binasında yanğın baş verib.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının şaxtasında 2-ci mərtəbədən 5-ci mərtəbəyə qədər keçən kabel 25 p.m yanıb.
 
Yanğın zamanı 20 nəfər bina sakini təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.  Yanğın saat 10:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
OXŞAR XƏBƏRLƏR