Bakıda yayılan kəskin qoxuyla bağlı araşdırmaların nəticələri açıqlandı – “Zərərli maddələr normadan dəfələrlə çoxdur”

Bakıda yayılan kəskin qoxuyla bağlı araşdırmaların nəticələri açıqlandı – “Zərərli maddələr normadan dəfələrlə çoxdur”
SOSİAL
12:40 11.05.2018
3085
"May ayının 4-də Bakının bir sıra rayonlarından gələn kəskin qoxu ilə əlaqədar monitorinq aparıldı. Qoxunun başladığı yerdən yayıldığı yerə kimi hər bir yerdə havadan nümunələr götürüldü və təhlil aparıldı. Monitorinqlərin nəticəsi göstərir ki, ətraf mühitə atılan yanma məhsullarının, zərərli maddələrin nəticəsində atmosfer havasında karbon və kükürdün miqdarı dəfələrlə çoxalıb".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Mill­i Monitorinq departamentinin əməkdaşı Cəlayir Səmədov deyib.

Onum sözlərinə görə, məlum olub ki, havada kükürdün miqdarı normadan 4, karbon qazının miqdarı isə 12 dəfədən çoxdur.

Nazirliyin Ətraf mühit üzrə Mill­i Monitorinq departamentinin əməkdaşı Mirsalam Qəmbərov da monitorinqin nəticələrindən danışıb. Bildirib ki, monitorinqlər nəticəsində Bakı şəhərinin müvafiq nöqtələrindən havadan nümunələr götürülüb. Şəhərin 4 nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur. Bu səbəbdən də Nazirlik tərəfindən bəzi müəssisə rəhbərlərinə rəsmi xəbərdarlıq edilib.
OXŞAR XƏBƏRLƏR