"Bakıda yayılan xəstəlik qrip deyil" - XƏBƏRDARLIQ

"Bakıda yayılan xəstəlik qrip deyil" - XƏBƏRDARLIQ
SAĞLAMLIQ
16:09 29.12.2016
9847
 
Son zamanlar ölkədə qrip, soyuqdəymə halları artıb. Bu xəstəlik özünü yüksək hərarət, titrətmə, boğaz ağrıları, zəiflik, öskürək, baş ağrısı ilə göstərir. Xəstəliyə yoluxanların çoxu həkim məsləhəti almadan öz bildikləri metodlarla sağalmağa can atırlar. Normalda 2-3 günə azalan xəstəlik həftələrlə keçmir.
Məsələ ilə bağlı  danışan tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, yayılan xəstəlik qrip deyil.

"Qrip dörd karantin infeksiyadan biridir. Bunlar vəba, taun, sarı qızdırma və qripdir. Qrip epidemiya şəklində yayılır, böyük bir arealı tutur. Qrip yayıldığı halda Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı məlumat verir. Yuxarı tənəffüs yollarında parazitlik edən tənəffüs orqanları var. Bunlar soyuqdəymədə, immun sisteminin zəifləməsində fəallaşırlar və qripəbənzər əlamətlərlə yuxarı tənəffüs yollarının kəskin iltihabını törədirlər. Buna soyuqdəymə xəstəliyi və kəskin respirator xəstəlik deyilir.

Bu gün əhali arasında yayılan kəskin respirator xəstəlikdir. Fəallaşmış viruslar yoluxucu olur və insanlar bir-birini yoluxdurmağa başlayır. Fəallaşan virusun növündən asılı olaraq çox ağır keçir. Ona görə də bu cür hallarda insanlar özlərini qorumalıdırlar. Maskada gəzməli, xəstələrlə təmasda olmamalı, xəstə adamların yataq rejiminə keçməsi təmin olunmalıdır. İctimai yerlərdə, əhalinin çox olduğu ərazilərdə maska ilə gəzmək məsləhətdir. Bizim insanlar bir az kompleks keçirir və bu məsələyə riayət eləmirlər. Bunun qarşısını almaq üçün geyim forması düzgün seçilməlidir, vitaminlərin qəbulu, qidaya diqqət edilməlidir. Bu məsələlər yerinə yetirilsə, yəqin ki, virusun bu şəkildə yayılmasının qarşısı alınar. Təəssüflər olsun ki, bu Azərbaycanda böyük bir arealı əhatə edib, xeyli adam bundan narahatdır, bunu da qrip adlandırırlar. Bu qrip deyil, amma qripdən geri qalmayan virus infeksiyasıdır".
 
Həkimin sözlərinə görə, xəstəliyə yoluxan şəxs yataq rejiminə keçməlidir, çoxlu maye qəbul etməlidir, temperaturu salınmalıdır.

"Antibiotik qəbulu yalnız həkim nəzarətində olmalıdır. Ağırlaşma yoxdursa, antibiotik qəbulu məsləhət görülmür. Həkimə müraciət olunmalıdır və müəyyən təyinatlar verilməlidir. Ev şəraitində çoxlu maye qəbul etməklə, hərarətsalıcı vasitələrdən istifadə olunmaqla sağalmaq olar. Yataq rejimində ağırlaşma çox olmur. Əgər ağırlaşma olarsa, mütləq şəkildə həkimə müraciət olunmalıdır".
///modern.az
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım