Bakıda yeni asma körpü tikildi - FOTOLAR

Bakıda yeni asma körpü tikildi - FOTOLAR
10:45 29.05.2012
5083
Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksi istismara verilib.Yol qovşağının tikintisinə 2006-ci il aprelin 11-də başlanıb. Layihəyə əsasən üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 680 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir.Qovşağın uzunluğu 1286 metr olan birinci kompleksi 2008-ci ilin sentyabrın 23-də istismara verilib. Yol ötürücüsünün bu hissəsində üç körpü, yol yanaşmaları və avtomobil yolu yerləşir. Qovşağın ikinci kompleksi isə 2010-cu ilin iyulun 2-də açılıb. Uzunluğu 1194 metr olan ikinci kompleks beş körpü və körpü yanaşmalarını özündə birləşdirir. İstifadəyə hazır olan qovşağın üçüncü - son kompleksinin ümumi uzunluğu isə 1200 metrdir. Burada uzunluğu 360 metr olan asma konstruksiyalı ikiaşırımlı yolötürücüsü inşa olunub.Hava limanı istiqamətindən gələn nəqliyyat vasitələrinin 8-ci Kilometr, Əhmədli, “Günəşli” yaşayış massivləri və Zığ dairəsi - hava limanı magistral avtomobil yoluna birbaşa hərəkətini təmin etmək üçün inşa olunan üçüncü kompleksin asma dayağının hündürlüyü 93 metr, körpüdəki yolun hərəkət hissəsinin eni isə 9 metrdir. Aşırım qurğusunda 52 kanatdan istifadə olunub. Yolun hərəkət hissəsində 4 min 565 kvadratmetr sahədə hidroizolə işləri görülüb. Yerdən hündürlüyü altı metr olan ikizolaqlı yol birtərəflidir. Bu kompleksin ətrafında 2 min 500 kvadratmetr sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb.İinşası tam başa çatdırılan üçkompleksli bu qovşaq hava limanı, Qara Qarayev, 20 Yanvar prospektləri, 8-ci Kilometr yaşayış massivi, Bakıxanov qəsəbəsi, paytaxtın mərkəzi istiqamətlərində avtomobillərin sərbəst və təhlükəsiz hərəkətini təmin etməklə, ərazidə tıxac probleminin həllinə imkan yaradacaq.
OXŞAR XƏBƏRLƏR