Bakıda yeni Botanika bağı salınacaq

DÜNYA
17:13 02.04.2013
6198

Bakıda yeni Botanika bağı salınacaq.

AZXEBER.COM bu barədə Türkiyənin “Tuncer Çakmaklı Architects” inşaat şirkətinin saytına istinadən xəbər verir.Türkiyə şirkəti artıq bağın layihəsini hazırlayıb. Şirkətin saytında bildirilir ki, Bakı Botanika bağının sahəsi 16 450 kv.metr təşkil edəcək. Sözügedən layihəyə 15 milyon avro vəsait ayrılıb. Layihənin şəkillərinə baxdıqda onun Bayıl qəsəbəsi ərazisində, Dövlət Bayrağı meydanı yaxınlığında reallaşdırılmasının planlaşdırıldığını söyləmək olar. Dövlət qurumlarından layihə ilə bağlı təsdiq almaq hələ ki, mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR