Bakıda yeni LAYİHƏ - Ziya Bünyadov prospekti ilə Balaxanı şosesi birləşəcək

Bakıda yeni LAYİHƏ - Ziya Bünyadov prospekti ilə Balaxanı şosesi birləşəcək
SOSİAL
11:26 28.03.2018
2517
Bakıda daha bir magistral yol layihəsi reallaşacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, həmin yol Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində gölün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçəcək.
 
8 xətli magistral yol paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək.

Qeyd edək ki, yolun uzunluğu 2 km olacaq.
 
OXŞAR XƏBƏRLƏR