Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR
SOSİAL
21:18 27.08.2026
158
Bakıda yeni tikililərdə mənzil qiymətləri yüksək həddə çatıb. Tikintisi başa çatmış, lakin hələ təhvil verilməmiş yeni binalarda mənzillərin 1 kvadratmetri 2 000-2 500 manatdan satışa çıxarılır.

AZXEBER.COM "milli.az”a istinadla xəbər verir ki, yeni tikililərdə qiymətlərin bu həddə çatması mənzil almaq istəyənlərin ilkin ödəniş yükünü də artırır.

Məsələn, 60 kvadratmetr sahəsi olan mənzilin 1 kvadratmetri 2 000 manat hesablandıqda, ümumi qiymət 120 000 manat təşkil edir. İlkin ödəniş 30 faiz olduqda alıcı satışın əvvəlində 36 000 manat ödəməlidir.
 
Kvadratmetrin qiyməti 2 500 manat olduğu halda isə eyni sahəli mənzilin ümumi qiyməti 150 000 manata yüksəlir. Bu zaman 30 faizlik ilkin ödəniş 45 000 manat təşkil edir. Bazarda bəzi yeni tikililərdə mənzillərin yalnız daxili kredit şərtləri ilə satıldığı da bildirilir. Belə layihələrdə ödəniş müddəti 24-36 ay arasında dəyişir.

Mənzilin ümumi qiymətindən və ilkin ödənişdən asılı olaraq aylıq ödənişlər də yüksək məbləğə çata bilir. Bəzi mənzillər üzrə aylıq ödənişin 5 000-10 000 manat civarında olduğu bildirilir.

Beləliklə, yeni tikilidə mənzil almaq istəyən şəxs yalnız yüksək kvadratmetr qiyməti ilə deyil, həm də böyük ilkin ödəniş və qısa müddətli daxili kredit öhdəliyi ilə qarşılaşır. Mənzil bazarında qiymətlərin formalaşmasına ərazinin yerləşməsi, tikinti şirkəti, layihənin infrastrukturu, binanın hazır olma vəziyyəti və mənzilə olan tələb təsir göstərir.
OXŞAR XƏBƏRLƏR