Bakıda yeni metro stansiyaları - Layihələndirmə işləri başladı

Bakıda yeni metro stansiyaları - Layihələndirmə işləri başladı
SOSİAL
11:35 24.07.2025
397
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Bakı Metropolitenində infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb.

AZXEBER.COM xəbər verir ki, AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC ilə beynəlxalq təcrübəyə malik mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin "Yüksel Proje" şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start verilib.

Müqavilə çərçivəsində:

Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi;

"28 May" stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi;

"İçərişəhər" stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Müqavilənin ümumi dəyəri 35,4 milyon manat təşkil edir və satınalma prosesi "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq bir mənbədən satınalma metodu ilə həyata keçirilib.

Vergi və inzibati öhdəliklərin Azərbaycan hüququna uyğun şəkildə icrası, qanunvericilik çərçivəsində fəaliyyət, eyni zamanda layihənin idarəolunmasında səmərəliliyi artırmaq məqsədilə müqavilə "Yüksel Proje" şirkətinin Azərbaycanda təsis etdiyi "Yüksel Proje" MMC ilə imzalanıb.

Qeyd edək ki, dünyanın ən böyük 225 layihələndirmə şirkətinin müəyyən edildiyi ENR 2023 siyahısında 162-ci yerdə qərarlaşmış "Yüksel Proje" 45 ildən artıq beynəlxalq təcrübəyə malikdir. Şirkət bu günə qədər dünyanın 30-dan çox ölkəsində, eləcə də Türkiyənin bir sıra böyük şəhərlərində metro və dəmir yolu layihələrinin uğurla layihələndirilməsi və idarə edilməsində iştirak edib. Fəaliyyətində müasir texnologiyalara əsaslanan şirkət Tikinti İnformasiya Modelləşdirilməsi (BİM) metodologiyasından istifadə edir və "ISO 9001", "ISO 14001" və "ISO 45001" beynəlxalq sertifikatlarına sahibdir.

Yeni əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr Bakı Metropoliteninin strateji inkişafına mühüm töhfə verəcək, şəhərin nəqliyyat yükünü azaldacaq, sərnişin rahatlığını əhəmiyyətli dərəcədə artıracaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər
20:05 25.07.2025
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər
İsrail ordusu HAMAS-ın Kəşfiyyat xidmətinin rəhbərini zərərsizləşdirib
19:49 25.07.2025
İsrail ordusu HAMAS-ın Kəşfiyyat xidmətinin rəhbərini zərərsizləşdirib
"Karvan" növbəti transferini həyata keçirib
19:34 25.07.2025
"Karvan" növbəti transferini həyata keçirib
Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb
19:16 25.07.2025
Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılıb
18:58 25.07.2025
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılıb
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
18:40 25.07.2025
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
Binəqədidə yaşayış binasını birə basdı - VİDEO
18:28 25.07.2025
Binəqədidə yaşayış binasını birə basdı - VİDEO
Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Foto
18:15 25.07.2025
Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Foto
Sürücülər üçün Tədris Proqramı təsdiqləndi
18:09 25.07.2025
Sürücülər üçün Tədris Proqramı təsdiqləndi
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
17:47 25.07.2025
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
17:29 25.07.2025
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
“Unibank” hər kəs üçün bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
17:26 25.07.2025
“Unibank” hər kəs üçün bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
17:09 25.07.2025
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
Rusiyada İskəndər Xəlilovun oğlunun ofisinə basqın edildi - FOTO
16:57 25.07.2025
Rusiyada İskəndər Xəlilovun oğlunun ofisinə basqın edildi - FOTO
Məşhur qapıçı "Qalatasaray"ın hədəfində
16:53 25.07.2025
Məşhur qapıçı "Qalatasaray"ın hədəfində
Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub
16:42 25.07.2025
Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub