Bakıda yeni tikililərin qiymətləri yüksək həddə çatıb

İQTİSADİYYAT
07:25 23.08.2012
3096
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən 2012-ci ilin iyul ayında paytaxtın ilkin mənzil bazarında növbəti araşdırma aparılıb. Birlikdən verilən məlumata görə, ötən aylarda olduğu kimi iyul ayında da yeni tikililərin qiymətlərinin yüksək həddə olması davam edib.
Bununla yanaşı, Bakı şəhərində hələ də qiymətlər real və qeyri-real qruplara bölünür. Birinci qrupa texniki göstəriciləri heç də pis olmayan, bazarın tələblərinə cavab verən və qiymətləri real potensial alıcının alıcılıq qabiliyyətinə hesablanmış mənzillər daxildir. İkinci qrupa isə gələcəkdə bazarda qiymətlərin artacağını ehtimal edərək əvvəlcədən şişirdilmiş qiymətlərlə bazara çıxarılan mənzillər daxildir.
Heç kimə sirr deyil ki, son illər şəhərdə onlarla yalançı “elit ev”lər tikilib və bu evlər heç də sadə yeni tikililərdən (ekonom klass) bir o qədər seçilmir və buna baxmayaraq elit qiymətlərlə bazara təklif olunur. Baxmayaraq ki, bu evlərdə avtomobil dayanacağı, gəzinti meydançası, yaşıllıq, binanın giriş-çıxışı, təchizatı və s. göstəriciləri adi sosial tələblərə cavab vermir. Bu baxımdan təkrar mənzil bazarındakı evlərin qiyməti hələ də yeni tikili binalardakı mənzillərdən üstün olaraq qalır. Məsələn, Nərimanov rayonunda tam təmirli 2 otaqlı, 40 kv.m-lik “Xruşşov” layihəli mənzil 55 000 manat (1 kv.m üzrə 1375 manat) olduğu hazırda, 2 otaqlı 80 kv.metrlik tam təmirli hazır tikilinin qiyməti 88 000 manatdır (1 kv.m-i 1100 manata). Belə bir tendensiyanın hökm sürməsi yuxarıda qeyd etdiyimiz amillərlə yanaşı, bir sıra digər faktorlardan- kommunal xidmətlərdən (binada qazın olmaması), müqavilələrin şərtlərinə əməl edilməməsi və s.-dən asılıdır.
Qiymətlərə gəldikdə isə demək olar ki, 1-ci qrupa daxil olan evlərin qiymətləri hazırda stabildir və yaxın zamanlarda nəzərəçarpacaq qiymət düşməsi gözlənilmir. Son aylarda qeyd olunan qiymət düşmələri əsasən 2-ci qrup (“elit” hesab edilən) evlərdə müşahidə edilib. Bu isə o deməkdir ki, bazarda ucuz evlər seqmentində alqı-satqı əməliyyatları bahalı mənzillər seqmentinə nisbətdə daha aktivdir və bu sözsüz ki, bahalı mənzillərin qiymətinin dəyişməsində özünü büruzə verir, bahalı mənzillərin satış qiymətində azalma müşahidə olunur.
Beləliklə iyul ayında aparılan araşdırmalar zamanı paytaxtın ilkin mənzil bazarında baş verən azalma ötən ayla müqayisədə 1,0% təşkil edib. Ümumiyyətlə daşınmaz əmlak bazarında 2012-ci ilin iyun-iyul aylarında müşahidə olunan passivlik ilkin mənzil bazarında hiss edilib. Bağlanan əqdlərin dinamikasında da azalma qeydə alınıb. Belə bir tendensiyanın davam etməsi əsasən mövsümi amillərlə bağlı olsa da, son aylarda qiymətlərin stabilləşməyə doğru getməsi, istər dövlət tərəfindən verilən ipoteka kreditlərinin, istərsə də mənzillərin satışında kredit portfelinin həcminin azalması dinamikada baş verən dəyişikliklərə təsirsiz ötüşməyib.
Bаkı şəhəri üzrə ilkin mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn iri çoxmənzilli yaşayış binаlаrın sаyında heç bir dəyişiklik baş verməyib, aktivlik aşağı olduğundan satışdan çıxan bina qeydə alınmayıb. Beləliklə siyahı üzrə satışda olan yeni tikililərin sayı ötən aydakı kimi 420 ədəd olaraq qalıb. Bazara daxil olan yeni tikililər isə əsasən sosial təyinatlı binalar olub ki, onların da inşası əsasən 4-cü zonanın payına düşüb. Beləliklə tikinti şirkətlərinin sayında da dəyişiklik baş verməyib və 150-ə qalıb.
Son aylarda stabilləşməyə doğru davam edən qiymətlər iyul ayında da cüzi dəyişikliklə yadda qalıb. İyulda 1,0% azalma baş verərək 1 kv.metr üzrə orta qiymət göstəricisi 802,3 manata bərabər olub. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,3%, ötən ilə nisbətdə isə 4,1% azalma kimi qeydə alınıb.
2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə isə qiymət azalması 32,8% təşkil edib. Qeyd edək ki, həmin dövr üçün 1 kv.metr mənzilin qiyməti 1194 manat olub.
Qiymət 2012-ci ilin yanvar ayı ilə müqayisədə 5,4% azalıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb