Bakıda yeni xidmət: "Saatı 5 manata içərəm"

MARAQLI
16:28 12.01.2017
11004

 

"Yeyib-içmək və dincəlmək istəyən, amma dostları və ya tanışları ilə masa arxasında olmaq imkanından məhrum insanla içə bilərəm. Xidmətin saatı 5 manatdır".

Niki "mamed76" olan şəxs ölkədəki sosial forumlardan birində belə elan yerləşdirib.

Onun yazdığına görə, 2-3 saatlıq sifariş olarsa, qiymət 10 manatdır: "Yemək və içmək sifarişçinin, müştərinin hesabınadır. Ağıllı, savadlı və məlumatlı içki yoldaşı məsləhət verər, istənilən mövzuda həmsöhöət olar. Müxtəlif stillərdə içirəm. Ya pabda pivə, ya da restoranda kostyumla. Xidhmətlərimi kişilərə, qadınlara və əcnəbilərə təklif edirəm".

///Milli.Az




OXŞAR XƏBƏRLƏR