Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub

Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub
SOSİAL
20:56 09.11.2024
239
Noyabrın 9-da Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkədə bildirib.

"Bu gün, noyabrın 9-da Ukrayna Mədəniyyət və Xalq Yaradıcılığı İşçiləri Günündə Bakının mərkəzində yenilənmiş Ukrayna Mərkəzinin təntənəli açılışı olub”, – diplomat yazıb.

O, açılışda ukraynalı fotoqraf Maksım Starikovun "Uşaqların düşüncələri” sərgisinin baş tutduğu qeyd edib. "Azərbaycanda ilk dəfə təqdim olunmuş bu sərgi müharibə şəraitində yaşayan müasir Ukrayna uşaqlarına həsr olunub”, – səfir vurğulayıb.

Husyev tədbirdə Ukrayna icmalarının başçıları və Ukraynanın tərəfdaşlarının səfirlərinin iştirak etdiyini diqqətə çatdırıb.

"Bakıda Ukrayna Mərkəzinin açılışı təkcə mədəni hadisə deyil, həm də Ukrayna – Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Mərkəz Azərbaycandakı Ukrayna cəmiyyəti, eləcə də Ukrayna mədəniyyəti və tarixi ilə maraqlanan hər kəs üçün görüş yerinə çevriləcək”, – o nəql edib.

Xatırladaq ki, ötən ay Husyev ukraynalı uşaqların terapiyadan keçdiyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzini ziyarət etmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı