Üç yeniyetmə oğlan doqquzmərtəbəli evin damında həyatları ilə risk edib.
Hadisə iyunun 27-də Bakıda, Yeni Yasamal ərazisində yaşayış evlərindən birinin damında baş verib.
Hadisənin şahidi olan "Novosti-Azərbaycan"ın müxbiri cəsarətli, lakin həmin anda sərxoş olduğu ehtimal edilən yeniyetmələrin macəralarını telefonun kamerası ilə video qeydə alıb.
Həmin vaxt oğlanlardan biri arxası boşluğa doğru selfi çəkirmiş.
///Milli.Az