Bakıda yol çökdü - Səbəbi metro tikintisidir - Foto

Bakıda yol çökdü - Səbəbi metro tikintisidir - Foto
SOSİAL
10:43 15.07.2018
15222

Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilkin ehtimala görə, çökmənin yaxınlıqda aparılan metro tikintisi səbəbindən baş verdiyini bildirib.

"Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır”.

A.Nəcəfli qeyd edib ki, çökmənin dəqiq səbəbləri barədə məlumat araşdırmadan sonra veriləcək.

 

 


OXŞAR XƏBƏRLƏR