Bakıda yol çökdü, tıxac yarandı - VİDEO

Bakıda yol çökdü, tıxac yarandı - VİDEO
SOSİAL
09:58 13.12.2023
551
Bakıda yol çöküb.

Bu barədə AZXEBER.COM-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində  və "Qələbə” dairəsində sıxlıq yaranıb.

Sürücülərdən nəzərə almaları xahiş edilir.

***

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) çökmə qeydə alınan yolla bağlı məlumat yayıb.

"Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb. Hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur. Qısa müddət ərzində problem aradan qaldırılacaq”, - AAYDA-dan bildirilib.

Qeyd edək ki, Milli Hodrometeorologiya Xidməti tərəfindən əvvəlcədən məlumat verildiyi kimi, bir neçə gündür paytaxtda intensiv yağış yağır. Bu isə bəzi yollarda hərəkəti çətinləşdirməklə bərabər, sıxlıq, subasma və çökmə halları ilə müşahidə edilir.

OXŞAR XƏBƏRLƏR