Sürücünün halı pisləşdi, avtomobil beton arakəsməyə çırpıldı

Sürücünün halı pisləşdi, avtomobil beton arakəsməyə çırpıldı
HADİSƏ
11:56 06.07.2025
431
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində MİDA evləri yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün səhhətinin pisləşməsi olub.

Belə ki, vəziyyəti pisləşən sürücü idarəetməni itirib və avtomobil beton arakəsməyə çırpılıb. Hadisə yerinə gələn xilasedicilər bağlı qalan maşının şüşələrini sındıraraq sürücünü xilas ediblər.

Əraziyə Təcili Tibbi Yardım briqadası cəlb olunub.
OXŞAR XƏBƏRLƏR