Bakıda yol polisi qəza törətdi

Bakıda yol polisi qəza törətdi
SOSİAL
12:10 14.12.2017
1156

Bu gün səhər saatlarında DYP avtomobili qəza törədib.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 05:20 radələrində Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində baş verib.

1987-ci il təvəllüdlü Samir Bənziyevin idarə etdiyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus "BMW” markalı 99 YP 453 nömrəli avtomobil işıqforda dayanan, 1989-cu il təvəllüdlü Rüstəm Allahverdiyevin idarə etdiyi "Opel” markalı, 90 GT 630 nömrəli avtomobili arxadan vurub. 

Qəza nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

OXŞAR XƏBƏRLƏR