Bakıda yol polisini söyən 3 sürücü həbs olundu

Bakıda yol polisini söyən 3 sürücü həbs olundu
SOSİAL
14:11 15.02.2017
801

 

Bakıda yol polisinə tabe olmayaraq qaçan və avtoxuliqanlıq edən 3 sürücü həbs olunub.

Fevralın 8-də "Jeep Grand Cherokee” markalı, 90 GJ 011 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Həsənov Elçin Səracəddin oğlu Səməd Vurğun küçəsi ilə Y.V.Çəmənzəminli küçəsinin kəsişməsində yol hərəkəti qaydalarını kobud həkildə pozduğu üçün yol polisi əməkdaşları "saxla” işarəsi verib.

Lakin sürücü polisə tabe olmayaraq qaçmağa çalışıb. Bir qədər sonra DYP əməkdaşları onu saxlaya biliblər. Bu zaman sürücü polislərə müqavimət göstərərək onları təhqir edib, nalayiq söyüşlər söyüb. Bununla bağlı toplanmış materiallar Nərimanov rayon Məhkəməsinə göndərilib. Məhkəmə qərarı ilə sürücü Elçin Həsənov 10 gün inzibati həbs cəzasına məhkum edilib.

Fevralın 12-də isə "Tofaş” markalı, 10 FF 666 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 40 yaşlı Mustafayev Ramin Qılman oğlu 20 Yanvar dairəsində yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib. DYP əməkdaşları tərəfindən saxlanılan sürücü onlara müqavimət göstərib və ağır söyüşləri ilə təhqir edib. Qaçmağa çalışan sürücü yol polisləri tərəfindən saxlanılıb və toplanmış materiallar aidiyyatı üzrə Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Ramin Mustafayev 13 gün müddətinə inzibati qaydada həbs olunub.

Fevralın 14-də isə "Mitsubishi” markalı, 10 PK 902 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 28 yaşlı Zeynalov Nəsir Melyalı oğlu Yusif Səfərov küçəsində qayda pozaraq qaçmağa çalışıb. Yol polisini tələbini yerinə yetirməyən sürücü az sonra tutulub. O, xidməti vəzifəsini yerinə yetirən yol polisi əməkdaşlarına müqavimət göstərərək onları təhqir edib. Toplanmış materiallar əsasında Xətai rayon Məhkəməsi Nəsir Zeynalova 10 gün inzibati həbs cəzası verib.

Onların hər üçü hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində cəza çəkir.

///avtosfer.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
16:07 12.08.2025
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
15:49 12.08.2025
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
15:38 12.08.2025
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
15:29 12.08.2025
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir