Bakıda yol polis maşını qəzaya düşüb. Hadisə dünən Yasamal rayonu ərazisində baş verib. Rayon Polis İdarəsindən Yol patrul xidmətinə məxsus “BMW” markalı avtomobil minik maşını ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib.Qəzanın hansı sürücünün günahı ucbatından baş verməsi araşdırılır.