Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakıda yol qəzası olub, xəsarət alanlar var
SOSİAL
07:50 15.03.2025
93

Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Əliyev Rəvan Nizami oğlu və onun sərnişinləri - 2003-cü il təvəllüdlü Hüseynova Zeynəb Məhərrəm qızı və 2005-ci il təvəllüdlü Bəyəliyeva İlkanə İlkin qızı xəsarət alıblar.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR