Bakıda yol qəzasında ölən şəxsin kimliyi məlum oldu

Bakıda yol qəzasında ölən şəxsin kimliyi məlum oldu
SOSİAL
09:49 19.05.2020
540
Bakıda yol qəzasında ölən şəxslə bağlı yeni xəbər var.

Hadisə mayın 14-ü saat 18 radələrində paytaxtın Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Ş.Qasımlının idarə etdiyi "VAZ-2104” markalı avtomobil 50-55 yaşlarında naməlum kişini vuraraq öldürüb.

Sabunçu Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə naməlum kişi meyiti paytaxt sakini, 1963-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Aleksandr Vasilikovun olması müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR