Bakıda yük avtomobili yanıb

Bakıda yük avtomobili yanıb
SOSİAL
17:53 05.05.2021
421
Paytaxtın Nərimanov rayonunda "QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi, iki qabaq təkəri və kabinəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, yük avtomobilinin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR