Bakıda yük maşını velosipedçini vurub öldürdü

Bakıda yük maşını velosipedçini vurub öldürdü
SOSİAL
09:57 28.04.2020
1104
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə aprelin 27-si, 15:30 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin (CM) 234-cü (narkotiklərin qanunsuz dövriyyəsi) maddəsi ilə məhkum olunmuş Xalid Rzayev idarə etdiyi MAZ markalı yük maşını ilə velosipedlə hərəkətdə olan 2006-cı il təvəllüdlü B.Cəlilovovu vuraraq öldürüb.

Faktla bağlı CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 
///Report
OXŞAR XƏBƏRLƏR