Bakıda zavodun ərazisində yanğın olub - VİDEO

Bakıda zavodun ərazisində yanğın olub - VİDEO
SOSİAL
15:05 08.11.2023
201
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 

OXŞAR XƏBƏRLƏR