Bakıda zavodun liftində faciə - Ölən var

Bakıda zavodun liftində faciə - Ölən var
HADİSƏ
10:48 26.07.2025
169
Paytaxtın Nərimanov rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyulun 24-ü gecə saat 23 radələrində qeydə alınıb. 

Ağdaş rayon sakini 1989-cu il təvəllüdlü Ruslan Rahim oğlu Əliyev "Çinar” soyuducu zavodunun binasının liftini təmir edən zaman liftin şaxtasına yıxılıb. 

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 36 yaşlı usta vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, sözügedən zavod Müzəffər Nərimanov küçəsində yerləşir. 

OXŞAR XƏBƏRLƏR