Bakıda zəncirvari qəza: Yeddi maşın toqquşdu - ANBAAN VİDEO

Bakıda zəncirvari qəza: Yeddi maşın toqquşdu - ANBAAN VİDEO
SOSİAL
14:24 17.12.2019
2642
Bakıda baş vermiş zəncirvari qəza kameraya düşüb. 

Hadisə aeroport yolunda, Sabunçu körpüsünün altında baş verib. 

İlk olaraq manevr qaydalarını pozan "VAZ 21015” markalı avtomobil "VAZ 2107” markalı maşını arxadan vurub. Ardınca qəza işıqlarını yandıran "07”nin sürücüsü avtomobili dayandırıb. 

Bu zaman arxadan gələn digər avtomobilin sürücüsü əyləci basıb. Təbii ki, ara məsafəsi düzgün seçilmədiyi üçün zəncirvari qəza baş verib. Nəticədə yeddi avtomobilə ziyan dəyib.
 
///Avtosfer.az
 

OXŞAR XƏBƏRLƏR