Bakıda özünə dərman vuran həkim şoka düşərək öldü

Bakıda özünə dərman vuran həkim şoka düşərək öldü
SOSİAL
09:40 22.09.2023
123
Bakıda özünə dərman vuran həkim şoka düşərək ölüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Qəmbər Dilavər oğlu Əlizadə özünə antibiotik vurub.

İynənin əks təsirindən həkim işləyən Qəmbər Əlizadə şok vəziyyətinə düşüb.

Onun həyatını xilas etmək mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR