Bakıda özünü 19-cu mərtəbədən atan qadının kimliyi bilindi

Bakıda özünü 19-cu mərtəbədən atan qadının kimliyi bilindi
SOSİAL
10:54 14.12.2016
20976

Dekabrın 10-da axşam saatlarında Bakı şəhərinin Sabunçu rayonunda - Bakıxanov qəsəbəsindəki "Uğur 2" yaşayış kompleksinin 19-cu mərtəbəsindən özünü atan qadının kimliyi müəyyənləşib.
Araşdırmalar nəticəsində intihar edən şəxsin Sabunçu qəsəbəsinin sakini, 1953-cü il təvəllüdlü Belova Nadejda Nikolayevna olması bəlli olub.
Bildirilir ki, N.Belova həmin binada yaşamayıb. O, axşam saatlarında binaya daxil olaraq liftlə 19-cu mərtəbəyə qalxıb və burada dəhlizin pəncərəsindən özünü atıb. O, həyətdəki "KİA" markalı avtomobilin üstünə düşüb və yerindəcə keçinib. 19-cu mərtəbədən Nadejda Belovanın paltosu və ayaqqabıları tapılıb.
Araşdırmalar davam etdirilir.
///Lent.az

 

OXŞAR XƏBƏRLƏR