Bakıdakı binalar zəlzələyə nə qədər davamlıdır? - AÇIQLAMA

Bakıdakı binalar zəlzələyə nə qədər davamlıdır? - AÇIQLAMA
SOSİAL
15:04 08.02.2023
683
Türkiyədəki zəlzələdən sonra Bakıdakı çoxmərtəbəli binaların zəlzələyə nə qədər davamlı olması müzakirəyə çevrilib. 

Azərbaycanın seysmik zonadan yerləşdiyini nəzərə alsaq, paytaktakı binaların neçə ballıq zəlzələyə davamlı olması kimi suallar ortaya çıxır.

"MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov AZXEBER.COM-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib.

Ekspert qeyd edib ki, müstəqillik dövründən sonra çoxmərtəbəli yaşayış binaları üçün 9 bal tələbi qoyuldu:

"Sovetlər vaxtı bizim hündürmərtəbəli yaşayış binaları 8 bala hesablanırdı və o standartla tikilirdi. Amma müstəqillik dövründə sonradan bir qədər artırıldı və çoxmərtəbəli yaşayış binaları üçün 9 bal tələbi qoyuldu. Binalar layihələndiriləndə 9 bala hesablanır. İndi zəlzələyə nə qədər davamlıdır, bunu demək bir qədər çətindir. Amma 2000-ci ilin noyabr ayında baş verən zəlzələ göstərdi ki, bizdə uçuntu, dağıntı olmadı. Bəzi binalar yüngül xəsarətlərlə qurtardı”. 

Ekspert həmçinin bildirib ki, zəlzələnin təsiri onun təkcə gücü ilə yox, həm də nə qədər davam etməsindən asılıdır, titrəmə müddəti nə qədər uzun olarsa, binaların da uçma ehtimalı bir o qədər yüksək olur:

"Allah eləməsin ki, zəlzələ olsun, çünki zəlzələnin təkcə gücü yox, onun həm amplitudasından, həm də müddətindən çox asılıdır. Əgər titrəmə dövrü nə qədər uzun olarsa, binaların da uçma ehtimalı bir o qədər yüksək olur. Amma yəqin ki, Fövqəladə Hallar Nazirliyi binaları standartlara, normativ sənədlərə uyğun yoxlayıb. Çünki çoxmərtəbəli binaların istismara qəbul vaxtı müvafiq dövlət qurumları tərəfindən dayanıqlılığı standartlara uyğun yoxlanılır. Daha sonra akta imza atılır. Güman edək ki, bu binalar həmin bala davamlıdır”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR