Bakıda bu binadakı milyonluq mənzillərin sahiblərini siz də tanıyın: İcra başçıları, komitə sədri..

Bakıda bu binadakı milyonluq mənzillərin sahiblərini siz də tanıyın: İcra başçıları, komitə sədri..
ÖZƏL
16:08 16.11.2016
12474

Britaniyanın bütün dünyada tanınan ATKINS şirkəti "Şəhər Bağları" yaşayış kompleksi barədə bəlkə də çoxdan eşitmisiniz. Bəs bilirsinizmi ki, bu bahalı yaşayış kompleksində Azərbaycanın çox sayda iri məmuru – nazirlərindən tutmuş icra başçılarınacan çox sayda pullu çinovniki məskunlaşıb. 

"Şəhər Bağları”nda mülk sahibi olanlardan biri baş nazirin müavini İsmət Abasovdur. O, burada mülkü hələ kənd təsərrüfatı naziri olarkən əldə edib. Belə ki, kompleksə daxil olan binalrdan birinin 11-ci mərtəbəsindəki 3 mənzil üçün Abasov təxminən 6 milyon manat xərcləyib. 

Hazırda paytaxtın Səbayel Rayon İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizov da "Şəhər Bağları”nda mənzil sahibi olanlardan biridir. Onun həmin mənzili Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olarkən aldığı və bunun üçün 1 milyon manatdan artıq məbləğ ödədiyi vurğulanır. O da bildirilir ki, Əzizov Bakı və ətrafındakı çoxsaylı mənzilləri arasında əksərən məhz "Şəhər Bağları”ndakı mülkündə qalmağa üstünlük verir. 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun, eləcə də bir sıra digər nazir, nazir müavini, deputat və rayon icra başçılarının da adıçəkilən yaşayış kompleksində mənzillərə sahib olduğu deyilir. 

Araşdırmamız nəticəsində o da məlum olub ki, Nərimanov rayonu ərazisində yerləşən "Şəhər Bağları"nın unikallığı 2 hektardan çox ərazisinin 75 faizinin bağlardan, yaşıl qazonluqlardan, fəvvarə və geniş yay hovuzundan ibarət olmasındadır. 

"Şəhər Bağları"nda xüsusi inşa edilən idman-əyləncə kompleksinə daxil olan 250 nəfərlik böyük tədbir zalı, solyariya və SPA ilə təchiz olunmuş qapalı hovuz, trenajor zalı, aerobika zalı, 8 nəfərlik kinoteatr, futbol, basketbol və voleybol meydançaları, bilyard və boulinq zalı sakinlərə xidmət göstərir. 

Biznes-klas yaşayış standartlarına uyğun olaraq hər mənzil üçün 2 maşınlıq yeraltı dayanacaq və açıq tipli qonaq avtomobil dayanacağı ayrılıb. 

"Şəhər Bağları" yaşayış kompleksinin yüksək səviyyədə idarə edilməsi BƏƏ-nin aparıcı otellərində təlim keçmiş Xüsusi Təlim Xidməti tərəfindən həyata keçirilir.

Onu da deyək ki, araşdırmamız haqqında danışılan kifayət qədər lüks, bir o qədər də bahalı yaşyış kompleksinin "Bakı Süd” ASC və "Arzu” ASC-nin 3 ha-dan artıq ərazisində inşa edildiyini göstərir, baxmayaraq həmin ərazinin hansı şərtlər altında hərraca çıxarıldığı və bununla bağlı tenderin nə qədər şəffaf həyata keçirildiyi barədə konkret nəsə demək xeyli çətindir.

 

//365.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir
12:39 02.06.2025
İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir
Sabah leysan yağacaq, güclü külək əsəcək
12:36 02.06.2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
12:32 02.06.2025
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
12:29 02.06.2025
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
12:27 02.06.2025
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
12:23 02.06.2025
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
12:21 02.06.2025
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
12:21 02.06.2025
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
12:19 02.06.2025
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
12:13 02.06.2025
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
12:07 02.06.2025
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
12:05 02.06.2025
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
12:02 02.06.2025
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
11:59 02.06.2025
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
11:57 02.06.2025
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə
11:52 02.06.2025
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə