Bakıdakı dəhşətli qəzada ölənlərin KİMLİYİ BİLİNDİ

Bakıdakı dəhşətli qəzada ölənlərin KİMLİYİ BİLİNDİ
SOSİAL
16:51 06.09.2025
313

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən dəhşətli qəzada həlak olanların şəxsiyyəti məlum olub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Hadisə nəticəsində qəzaya səbəb olan "KamAZ" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülov, "Changan" markalı minik avtomobilinin sərnişini, 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

Hadisə nəticəsində xəsarət alan "Changan" markalı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimov isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Y.İbrahimov Kliniki Tibbi Mərkəzdə vəfat edib.

OXŞAR XƏBƏRLƏR