Səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində baş vermiş dəhşətli qəzadan sonra ərazidə dəhşətli mənzərə yaranıb.
AZXEBER.COM xəbər verir ki, partlayış nəticəsində 99-ZD-593 dövlət nömrə nişanlı "Mercedes” markalı yanacaq daşıyan avtomobil bir neçə hissəyə parçalanıb.
Partlayışın gücündən nəqliyyat vasitəsinin çəni kuzovundan ayrılıb.
42-CB-514 dövlət nömrə nişanlı "KamAZ” markalı yük maşını isə daşla yüklü olduğundan qəzadan qismən az zərərlə çıxıb. Zərbənin gücündən onun daşıdığı mişar daşları yola dağılıb.
Qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı "Opel” markalı nəqliyyat vasitəsi tamamilə kül olub.