Bakıdakı növbəti Formula 1 yarışlarına bilet satışı başladı - QİYMƏTLƏR

Bakıdakı növbəti Formula 1 yarışlarına bilet satışı başladı - QİYMƏTLƏR
İDMAN
15:44 16.10.2018
2824
Baki Şəhər Halqası Əməliyyat Şirkəti 2019-cu ildə Bakıda keçiriləcək Formula 1 üzrə 4-cü Qran-Pri yarışlarına hazırlığa başlayıb.

Bu barəfə Bakı Şəhər Halqasının (BŞH) Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, bu həftədən etibarən artıq yarışlara bilet satışlarına başlanılacaq.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim isə deyib ki, biletlər artıq bu gündən etibarən satışa çıxarılacaq.

O, qeyd edib ki, biletləri erkən alanlara böyük endirimlər olacaq: "4 günlük bilet alanlara 20 faizlik endirim nəzərdə tutulub. Yenə Kristal Zalda konsertlər olacaq. Yerli sakinlərə isə əlavə 25 faiz də endirim ediləcək".

İlkin endirim kampaniyası dövründə yerli sakinlər üçün 4 günlük bilet qiymətləri tribunadan asılı olaraq 190-660 manat, azyaşlılar üçün 130-470 manat olacaq. Ayaqüstü zonalar üçün biletlərin qiyməti isə 80-160 manat təşkil edəcək.
 
///Milli.Az 
OXŞAR XƏBƏRLƏR