Bakıdakı şadlıq sarayında saxta spirtli içki istehsal olunurmuş - FOTO

Bakıdakı şadlıq sarayında saxta spirtli içki istehsal olunurmuş - FOTO
SOSİAL
15:55 29.10.2022
354
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Qızıl Tac” şadlıq sarayında saxtalaşdırma yolu ilə spirtli içkilərin istehsal olunduğunu aşkarlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

Belə ki, daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 15A ünvanında fəaliyyət göstərən Fiziki şəxs Şirinov Vüsal Telman oğluna məxsus "Qızıl Tac” şadlıq sarayında plandankənar yoxlama həyata keçirilib.

Yoxlama zamanı şənlik mərasimində istifadə üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan 3 ədəd 1 litrlik, 10 ədəd 0,7 litrlik "Organic Line” əmtəə nişanlı və 1 ədəd 0,7 litrlik "Mынсkъ” əmtəə nişanlı alkoqollu içkiləri aşkar edilib.

Araşdırma zamanı qanunsuz olaraq saxta spirtli içkilərin istehsalında araq butulkalarından təkrar istifadə olunmaqla, həmçinin başlıq hissələrinin kustar üsulla hazırlanaraq bərkidildiyi, eyni zamanda malların orijinalından kəskin fərqləndiyi müəyyən edilib.

Aşkar olunmuş faktla bağlı dərhal alkoqollu içkilərin realizasiyası dayandırılmış və məhsullar möhürlənərək saxlanca verilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Araşdırmalar davam etdirilir. Faktla bağlı əlavə məlumat veriləcək.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər