Bakıdakı Səudiyyə Ərəbistanı Mərkəzi yeni layihələr hazırlayır - Video

Bakıdakı Səudiyyə Ərəbistanı Mərkəzi yeni layihələr hazırlayır - Video
SOSİAL
21:59 04.02.2025
1827
Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdulla Əl-Vaşmi Azərbaycana səfəri çərçivəsində Bakı Avrasiya Universitetinin nəzdindəki Səudiyyə Ərəbistanı Mərkəzində olub. 

Mərkəzin direktoru, dosent Ülviyyə Hüseynova və Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdulla Əl-Vaşmi  AZXEBER.COM-a açıqlama verib. 

Ülviyyə Hüseynova açıqlamasında universitetin 6 illik fəaliyyəti dövründə ərəb dilində öyrənmək istəyən  bir çox tələbələrin tam ödənişsiz ərəbcə təhsil almalarını təmin etdiklərini bildirib: 

" 6 il bundan öncə Bakı Avrasiya Universitetindəki layihəmiz əsasında Səudiyyə Ərəbistan Krallığındakı Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının köməyi ilə biz bu universitetin nəzdində ərəbşünaslıq mərkəzi yaratmağa nail olduq.  

6 il ərzində biz Azərbaycanda ərəb dilində təhsil alan bir çox tələbələrə tamamilə ödənişsiz dərslər keçmişik. Bununla yanaşı Azərbaycanda hər il 20 tələbənin təhsil haqqı ödənişi bizim Səudiyyə Ərəbistanı mərkəzi tərəfindən qarşılanır. Biz həmçinin ərəb və azərbaycan dilləriondə olan kitabların nəşri ilə də məşğuluq.  

Yeni layihələrimizə start vermişik. Ölkəmizdə bir çox dövlət qurumu əməkdaşlarına ərəb dilini öyrətməyə başlamışıq. Bir neçə nazirliklə danışıb razılığa gəlmişik. Onu da qeyd edim ki, hər biri ödənişsiz əsaslarla həyata keçiriləcək.  

İlk dəfə bu il azərbaycanda təhsil alan ərəbşünas tələbələri biz Səudiyyə Ərəbistana təhsil almağa göndərəcəyik. O tələbələr 8 aylıq təqaüd proqramı qazanıblar və ödənişsiz əsaslarla təhsil alacaqlar. Səudiyyə Ərəbistanında 127 yer ayrılıb və ölkəmizdən 127 tələbə bakalavr, magistr dərəcələri almaq üçün göndəriləcək”. 

Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdulla Əl-Vaşmi ölkəmizdə  olduğundan və mərkəzlə fəaliyyətlərinin uğurlu davam etməsindən şad olduğunu bildirib: 

"Mənim üçün xoşdur ki, mən bu gün Bakı Avrasiya Universitetində Ərəbşünaslıq mərkəzində iştirak edirəm. Bu mərkəz artıq bir neçə ildir ki, fəaliyyət göstərir və Səudiyyə Ərəbistanda olan qurumlarla birgə bu qardaş ölkədə ərəb dilinin yayılmasına öz töhfəsini verir.  

Qardaş ölkədə olan ərəbşünaslıq mərkəzinin nümayəndələri ilə Səudiyyə Ərəbistanda olan əməkdaşlarımız sıx əlaqəlidir.Mən Riyad şəhərindən gəlmişəm ki, bu mərkəzə baş çəkim. İkitərəfli görüşlər keçirərək ərəb dilinin  hansı proqramlarla tədris olunmasını müzakirə edək. Eyni zamanda Kral Salman adına  olan ərəbşünaslıq mərkəzinin 30-dan çox ölkədə təhsil, tədris proqramları var.  

Ötən il müəyyən proqramları yerinə yetirmişik və müəyyən nəticələri əldə etmişik. Qarşıdakı illərdə daha yüksək nailiyyətlər əldə etməyi planlaşdırırıq.  

Biz istəyirik ki, bir çox tələbənin ərəbcə təhsil alması üçün şərait yaradaq.  

Ərəb dili 400-500 yaşı olan bir dil deyil. Dilimiz min illərin dilidir. Uzun tarixə malik olan salnamələr mövcuddur. Dünya müsəlmanları bu dilə hər zaman maraq göstəriblər.  

Ərəb dilinə hər yerdə geniş ehtiyyac var. Buna görə də, əlavə proqramlar qurmağı planlaşdırırıq ki, ərəb dilini öyrənənlərin sayı artsın”. 

Oksana Orucova
Emil Rasimli

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb