"Bibiheybət yolunda təşvişə səbəb olacaq hər hansı bir problem yoxdur" - AÇIQLAMA

"Bibiheybət yolunda təşvişə səbəb olacaq hər hansı bir problem yoxdur" - AÇIQLAMA
SOSİAL
14:18 13.09.2023
2055
Bibiheybət ərazisində yolda yaranmış çatın sürüşmə ilə heç bir əlaqəsi yoxdur.

AZXEBER.COM xəbər verir ki, Coğrafiya İnstitutunun əməkdaşının fikirləri əsasında hazırlanmış süjetdə sözügedən yol ilə bağlı səslənən mülahizələr həqiqəti əks etdirmir, yolda hər-hansı bir sürüşmə aktivliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən qeydə alınmayıb.

Bütün avtomobil yollarının hərəkət hissəsində təbii amillərdən çatlar əmələ gələ bilər və gəlir də. Bu o demək deyil ki, ərazidə sürüşmə prosesi gedir. Bibiheybət yolunda da hazırda bu proses qeydə alınmayıb.

Yaxşı olardı ki, insanlar arasında çaşqınlıq və təşvişə səbəb ola biləcək bu cür məlumatlar verilməmişdən öncə aidiyyəti qurumlardan, mütəxəssislərdən bu barədə münasibət öyrənilsin.   

Bir daha qeyd edirik ki, sözügedən yolda təşvişə səbəb olacaq hər-hansı bir problem yoxdur.

Ümumiyyətlə agentliyin əməkdaşları tərəfindən avtomobil yollarına və yol qurğularına mütamadi olaraq baxış keçirilir. Hər-hansı bir problem aşkarlandıqda dərhal aidiyyəti üzrə məlumat verilərək problemin aradan qaldırılması istiqamətində addımlar atılır.
 
10.52

Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb.

İstifadəyə verilən yolda yenidən çatlar əmələ gəlib.

Bu çatlar bütün yol və səkiboyu davam edir. Hətta yuxarı hissədə yerləşən məzarlıq da qismən çöküb. Tamamilə çökməsinə isə az qalıb.

Qeyd edək ki, binalar, fərdi yaşayış evləri və minlərlə insanın yaşadığı bu ərazilər sürüşmə zonaları üçün aktiv yerlərdir.

Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov AZTV-yə bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtyatlı olmaq lazımdır:
"Bibiheybətə doğru gedəndə sürüşmə, uçqun təhlükəli ərazilər var. Qaya uçqunları gözlənilir.

Süni terrasların yaradılması, yamacın eninə kəsilməsi və digər işlər sürüşmənin müəyyən qədər qarşısını alacaq və fəallaşmasına imkan verməyəcək”.


OXŞAR XƏBƏRLƏR