Bakıdakı yanğında polis də zəhərlənib - DİN-dən açıqlama

Bakıdakı yanğında polis də zəhərlənib - DİN-dən açıqlama
SOSİAL
13:14 11.11.2017
1929
DİN Bakıda baş vermiş yanğın hadisəsi barədə məlumat yayıb.
 
AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb.
 
FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
OXŞAR XƏBƏRLƏR