Bakıdan İsmayıllıya Jeep Turu - FOTOLAR

İQTİSADİYYAT
19:23 17.01.2025
758

11 yanvar tarixində Bakı-Şamaxı-İsmayıllı marşrutu üzrə "Jeep” markalı yolsuzluq avtomobillərinin turu təşkil olundu. Avtolüks Azərbaycan şirkətinin təşəbbüsü ilə baş tutan bu tədbirdə Jeep Wrangler və Grand Cherokee modelləri iştirak edərək öz performansını nümayiş etdirdi.

Marşrut paytaxt Bakıdan başlayaraq Şamaxıya, daha sonra isə İsmayıllının füsunkar təbiəti ilə seçilən Qalacıq kəndinə qədər uzanıb. Tur iştirakçıları yolsuzluq şəraitində avtomobillərin gücünü, etibarlılığını və təhlükəsizliyini sınaqdan keçirərək unudulmaz təcrübə yaşayıblar. Yol boyu qonaqlara maraqlı proqramlar və əyləncəli anlarla yadda qalıb.

Avtoluks Azərbaycan şirkəti qonaqlara yüksək səviyyəli xidmət göstərərək onların rahatlığını və məmnunluğunu təmin edib. Tədbir iştirakçıları üçün təşkil olunan bu macəra həm əyləncəli, həm də ölkənin heyrətamiz dağlıq bölgələrinə, möhtəşəm vadilərinə və tarixi məkanlarına yaxınlaşmaq üçün mükəmməl fürsət olub.

Bu tur yalnız avtomobil sevərləri bir araya gətirməklə kifayətlənməyib, həm də Jeep markasının ölkədəki müsbət imicini daha da möhkəmləndirib. Macəra dolu bu gün avtomobil həvəskarlarının yaddaşında uzun müddət qalacaq unudulmaz bir təcrübə kimi iz buraxıb.

Siz də bu əzəmətli Jeep avtomobilinin sahibi olmaq istəyirsinizsə Avtoluks Azərbaycan şirkətinə müraciət edə bilərsiniz.

Ünvan : Zaur Nudirəliyev 8 və Üzeyir Hacibəyli 57

Əlaqə : 983

Rəsmi Səhifə : www.jeep.com/az/

İnstagram: www.instagram.com/jeep_azerbaijan/

Facebook: www.facebook.com/JeepAutolux/

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb