Bakıdan Naxçıvana uçan təyyarə uçuş hava limanına qayıtdı

Bakıdan Naxçıvana uçan təyyarə uçuş hava limanına qayıtdı
SOSİAL
12:24 13.11.2022
125
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları”nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə AZXEBER.COM-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.
OXŞAR XƏBƏRLƏR