Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq öldü

Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq öldü
SOSİAL
23:21 18.11.2024
288
Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.

Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gələn, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR