Bakıdan Rusiya sərhədinə gedən magistral yolda körpü bərpa edilib

Bakıdan Rusiya sərhədinə gedən magistral yolda körpü bərpa edilib
SOSİAL
09:52 27.08.2024
129
M1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 180-ci kilometrliyində yerləşən Qusarçay üzərindəki avtomobil körpüsü bərpa edilib.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, körpünün qəzalı vəziyyətə düşmüş 2 aşırımının aşırım qurğusu tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib.

"Daha sonra körpüdə layihə ardıcıllığına uyğun digər təmir-tikinti işləri aparılıb və sonda qurğu yeni asfalt-beton örtüklə örtülərək sürücülərin istifadəsinə verilib",- deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, avtomobil körpüsündə aparılan təmir-tikinti müddəti ərzində fasizləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün yaxınlıqda müvəqqəti alternativ yol da salınıb.
OXŞAR XƏBƏRLƏR