Bakını bu ərazilərində qaz kəsiləcək

Bakını bu ərazilərində qaz kəsiləcək
SOSİAL
10:22 30.09.2016
1247

Bu gün Bakı şəhəri Nizami rayonunun  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aşkar olunmuş qaz sızmasının ləğv olunması və payız -qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparıldığından, sentyabrın 30-da saat 09:00-dan 18:00-dək Nizami rayonunun 8-ci km qəsəbəsi və ətraf ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Aparılan işlərin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

OXŞAR XƏBƏRLƏR