Bakını nihilizm bataqlığında gömmək siyasəti

Bakını nihilizm bataqlığında gömmək siyasəti
SİYASƏT
15:57 27.06.2019
2819
Ənvər Yusifoğlu

Qız Qalası ilə bağlı "öz qızına aşiq olan Azərbaycan xanı” uydurma əfsanənin tarixi köklərini nədən alimlərimiz üzə çıxarmırlar? Xalqımızın 70 il ərzində min bir bəlasına səbəb olan Vladimir Lenin, Sergey Kirov, Stepan Şaumyan, Qəzənfər Musabəyov, Prokofi Caparidze, Məşədi Əzizbəyov və daha kimlərin abidələrini tarixin zibilliyində gömdük. İfrat fars şovinizmi ideologiyasının təməlini qoymuş "Şahnamə”nin ideyasının simvolunu əbədiləşdirən abidəyə isə nədənsə toxunmuruq. Halbuki türk xalqlarının qədim inanc kultu əjdaha suyun və yaşıllığın əbədi simvolu sayılıb. Qız Qalası haqqında da uydurulan motivlər bu gün davam etdirilir. Çünki qızına aşiq olmaq mistik inanc kultu qədim hind-fars mədəni irsinin brəhmən- buddizm fəlsəfəsinin metafizik anlayışının ən yüksək dəyəridir. Bu anlayış indinin özündə də induizm, caynizm və siqhizm təlimlərində yaşayır.

"Fanfikzm”min təməl kökləri

Qədim kopt, yunan və hind mifləri üzərində yazılan əsərlərə fanfiklər deyilirr. Esso Monsters "Ata necə doğma qızını sevdi” romanı isə, Latın Amerikası, Avropa, Çin, Hindistan və Misirdə ən populyar əsərlər sırasında ilk sırada yer alır. Belə bir anormal ideya ilk dəfə Hindistanda yaranıb. Qədim hind inanclarına görə, brəhmən kahinləri öz qızlarına aşiq ola və onlarla evlənə bilərdilər. Brəhmən olmaq adi bir kahin statusu ilə ölçülmürdü. Burada baş kahin dərəcəsi əsas idi. Atman, Tot, Puruş adlı epik rəvayətlərdəki PUCA bütünə sədaqətli olmanın leytmotivi kimi atanın qızı ilə evlənməsi ali dəyər sayılırdı. İnduizm fəlsəfəsinin zirvəsi sayılan BXATKİ inanc kultunda isə qeyd olunur ki: "Ata qızını sevərsə və hər ikisi arasında platonik eşq mövcuddursa, bunun üçün tələb olunan rituallara əməl olunursa, PUCA tanrısı qarşısında bu ən böyük mükafat sayılır”.

Ən böyük tanrıların rəmzi sayılan TRİMUTRİ-yə xidmət brəhmənlər üçün vacib şərt idi. Simviolizm konsepsiyasına görə, altun yumurta, nilufər çiçəyinin ləçəyi və brəhmənin uyumluluğu budda ilə birlikdə cənnətə qovuşmaq deməkdir. Bu cənnətin ali mərtəbəsinə yüksələnlər öz qızları ilə evlənən atalar sayılırlar. Bunun üçün həmin kişi həm də təmsil olunduğu cəmiyyətin hökmdarı olmalıdır. Baş kahin brəhmənin tabe ola bildiyi kəsim Şiva kultununun daşıyıcısıdır. Brəhmən Vişa adlanmaqla Şiva qarşısında xidmətlərini həyatı boyu nümayiş etdirməyə borcludur. Tanrılar tanrısı Mohini bu dünyanın və yeraltı aləmin hamisi olmaqla Vişaya himayədarlıq edəcək. Qeyd edək ki, zamanla Hindistanın Sind vadisindən Kəngər Körfəzi, Qafqaz, Anadolu, Xorasan və Orta Asiya yaylalarına köç edən hind-fars mənşəli icmalar öz mifoloji irsini həmin

bölgələrə daşımışlar. Beləliklə indi də bizə aid a edilən bəzi nağıl, əfsanə və əsatirlərdə hind irsinin izlərinə rast gəlirik. Bir zəngin atanın öz qızı ilə evlənməsi rəvayəti də beləcə yayılmışdır. Hətta türk xalqlarına məxsus bir sıra kult mərkəzlərində belə, onların mövhumatçı izlərinə rast gəlinir. Bakı şəhərindəki Qız Qalası haqqında gəzib-dolaşan rəvayətin də kökü bundadır. Halbuki qalanın memarlıq prinsipi və sakral strukturu heç də adı çəkilən rəvayətlə uyuşmur.

"Qız Qalası” ilə bağlı saxta rəvayətin səbəbkarı kimdir?

Qədim, ilkin orta əsrlər tarixində Bakı şəhəri və onun haqqında heç bir mənbədə qeyd olunmayıb ki, "Qız Qalası”nın yaranmasında yerli xanın öz doğma qızı ilə evlənmişdir. Heredot, Strabon, Marko Polo, İstəxri, Əbu Duləf, İbn Haqvəl, Rubrik Vilhelm, Əbdürəşid Bakuvi, Antoni Cenkinson, Övliya Çələbi, Həmdullah Qəzvini, Yaqub əl Həməvi, Ambrozio Kontarini, Katerino Dzeno, Rüyi Gonzalez de Klavixo, Afanasi Nikitin, Adam Oleari, İohan Şiltbeger, Jan Babtist Tavernye, Antonino Tenreiro, Mestre Afonso, Josophat Barbaro, E. Kempfer, S. Qmelin, Jan Şarden, Aleksandr Düma və digər onlarca sayda tarixçilər, səyyahlar Bakı ilə bağlı müşahidələrində "Qız Qalası” və yerli xanın öz doğma qızına aşir olması barəsində qeydlər yazmamışlar.

"Qız Qalası” və onun ətrafında cərəyan edən rəvayət yalnız 1923-cü ildə peyda olub. Bu barədə öncə Breslav Lurye ssenari yazmış və quruluşçu rejissor Vladimir Vallyuzekir iki bölümlü film çəkmişdir. Ssenariyə görə XII əsrdə "Qız Qalası”nın inşası başa çatan kimi, Bakı xanı doğma qızına aşiq olur və qız da buna etiraz edərək özünü qaladan dənizə ataraq öldürür. Film 1924-cü ildə ekranlara buraxılıb. Filmin yaradıcı heyəti guya Şərqin ekzotik tarixi və etnoqrafik mənzərələrini lentə alıblar. Mövzu isə müsəlman həyatından bəhs etsə də, əslində qədim hind rəvayətləri, yəni buddizm dininin təlimləri əsasında bəhs edən hekayəsindən ibarətdir. Guya Səməd xanın həyat yoldaşı doğuş zamanı ölür və dünyaya oğlan deyil, qız uşağı gəlir. Xan qızı saraydan uzaqlaşdırmaq əmrini verir. Aradan 17 il ötəndən sonra xan misilsiz dünya gözəli olan qızı Gülnara aşiq olur. Xan əvvəlcə hisslərindən utanıb qorxsa da, zaman keçdikdə duyğularına yenik düşür və qızı ilə birlikdə olmaq istəyir. Xan bu etirafı Gülnara etdikdə qız atasından xahiş edir ki, dənizin sahilində hündür və qalın divarları olan bir bina tiksin və oraya başqasının ayağı dəyməsin. Xan Gülnarın istədiyi kimi edir və Qız Qalasını tikdirir. Lakin Gülnar atasının sevgisindən qorxduğu üçün həmin qaladan özünü ataraq öldürür.

Beləliklə, Breslav Luryenin uydurma hekayələrlə dolu olan ssenarisi qısa zaman içində nəinki Azərbaycanda, keçmiş Sovet İttifaqı boyunca dolaşmağa başlayır. Min dəfələrlə təəssüflər olsun ki, "Qız Qalası” haqqında uydurulmuş bu rəvayət dünyanın dörd bir yanından ölkəmizə gələn turistlərə bizim ekskursiyaçılarımız "həvəs”lə tərcümə edirlər.

Saxta tarixşünaslıq elmi siyasəti hələ də davam edir

1920-ci illərdən başlayaraq, 1991-ci ilə kimi, yəni keçmiş Sovet İttifaqı dağılanadək, xalqımızın gerçək tarixi daim saxtalaşdırılırdı. Buna səbəb diktartor İosif Stalinin irəli sürdüyü qondarma "Hind-Avropa” nəzəriyyəsinin hakim siyasətin bir parçası olması idi. Azərbaycanı və xalqımızı inkar siyasi ideologiyasının təməlində duran başlıca prinsip "zərdüştilik” və "atəşpərəstlik” inanclarının aparıcı ünsür sayılırdı. Azərbaycanın güneyində və quzeyində uzun illərdir aparılan arxeoloji qazıntılarda zərdüştilik və atəşpərəstliklə bağlı heç bir maddi mədəniyyət abidəsi üzə çıxmamışdır. Yerüstü mövcud olan abidələr Hindistanın Multan bölgəsindən ticarət məqsədilə gəlmiş icmaların kahinləri tərəfindən inşa edilmişdir. "Qız Qalası” haqqında uydurulan rəvayət də bu siyasətin bir parçasıdır. Azərbaycan fərqli etnik icmaların əhalinin məskunlaşdığı bir dövlətdir. Burada yaşayan icmalara da fərqli gözlə baxması çox yalnışdır. Dövlətin dominant etnik icmasını və onun mədəniyyətini inkar etmək isə, dövlətin özünü inkar deməkdir.

1923-cü ildə Bakıda çəkilmiş "Qız Qalası” filminin 2011-ci ildə kinorejissor Hüseyn Mehdiyevin layihəsi əsasında Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa olunub. Bərpaçılar ən azından xalqımızın tarixini inkar edən bu "proje”nin gerçək üzünü bilmək üçün peşəkar tarixçilərə və etnoqraflara müraciət etməliydilər. Çünki bu filmin bərpası üçün yüz minlərlə vəsait boşuna xərclənib. Sadəcə "proje”də iştirak edənlər ciblərini doldurublar. Bu film bizim etnomədəni və tarixi irsimizi tamamilə inkar edən mövzunu əhata edir. Belə bir filmin bərpası üçün dövlət büdcəsindən yüz minlərlə manatı göyə sovurmağına dəyərdimi? Özünü peşəkar sayan şəxslərin 1923-cü ildə Azərbaycanı inkar siyasətinin mədəniyyətin dili ilə gündəmə gətirən Breslav Luryenin ənənəsini davam etdirməsi üzücüdür. 1978-ci ildə "Azərbaycanfilm” tərəfindən "Qız qalası” cizgi filmi çəkilib. Bu film əslində bağça yaşlı uşaqların beynini yumaq və onlarda Azərbaycan tarixinə yanlış münasibətin izlərini qoymaq kimi hədəflər gizlənibdir.

Təkcə Azərbaycan yox, Türkiyədən tutmuş Pakistana qədər 200-dən çox "Qız qalası” adlı tikili mövcuddur. Moldova, Ukrayna, Balkanlar, İran, Gürcüstan və.s. ölkələrdə də "Qız Qalası” adlı abidələr mövcuddur. Təkcə Türkiyədə 40-dan çox Qız Qalası abidəsi var. Azərbaycanda Bakıdan savayı "Qız Qalası” abidəsi Gədəbəy rayonunda yerləşir. Hər bir Qız Qalasının öz tarixi adı var. Bu qalalarla bağlı əfsanələrin heç birində ata qızına aşiq olmayıb. Qız qalaları haqda ən fərqli izahlar var. Buz

izahlardan birinə görə, Qız Qalası abidələri əslində kosmoqonik inanc kultu ilə bağlı olub. Bunu daha dərindən bilmək üçün türk xalqlarının inanc kultunu və bu kultun maddi mədəniyyət abidəsinə çevrilməsi tarixini bilmək gərəkdir.

OXŞAR XƏBƏRLƏR