Bakının 4 rayonuna su fasiləsiz veriləcək

İQTİSADİYYAT
18:25 01.10.2012
1868
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu məqsədlə magistral su xətlərində, anbarlarda, nasosxanalarda təmir-bərpa və yenidənqurma işləri aparılır.
Bakı şəhərinin şərq hissəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə “+110 Şərq” və “+ 69 Şərq” anbarlarında əsaslı yenidənqurma işləri aparılıb. Belə ki, “+69 Şərq” su anbarında uzun müddət istismarda olan 700 mm diametrli kollektor 1400 mm diametrli yeni kollektorla əvəz edilib. Yeni kollektorun istismara verilməsindən sonra burada daha böyük həcmdə su ehtiyatının toplanmasına və paylayıcı şəbəkəyə ötürülən suyun həcminin artırılmasına imkan yaranıb. Eyni zamanda anbarların çıxışında nasosxanaları normal təzyiqli su ilə təmin etmək məqsədi ilə çıxış kollektorları yenilənib.Qeyd edək ki, paytaxtın Xətai, Suraxanı, Nizami və Sabunçu rayonlarının 220 mindən çox sakininə bu anbarlardan içməli su verilir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu ərazidə yaşayan sakinlərin fasiləsiz içməli su ilə təmin olunması üçün anbarlardan verilən suyun həcmi saniyədə 1,73 kubmetr olmalıdır. Halbuki hazırda ən yaxşı halda bu göstərici saniyədə 1,45 kubmetr təşkil edir. Digər tərəfdən indiyə qədər 185 min kubmetr tutumu olan anbar kompleksinə sutka ərzində maksimum 125 min kubmetr su yığmaq mümkün olurdu.Anbarlarda aparılan əsaslı yenidənqurma işlərindən sonra bu göstəricini 180 min kubmetrə çatdırmaq və tələbatdan da artıq - saniyədə 2,14 kubmetr su ötürmək imkanı yaranacaq.Bununla da paytaxtın Xətai rayonunun əksər hissəsini, Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivini, Sabunçu rayonunun Bakıxanov qəsəbəsini, həmçinin Nizami bir hissəsini fasiləsiz rejimdə içməli su ilə təmin etmək mümkün olacaq. Suyun təzyiqinin artması 44 ədəd məhəllədaxili nasos stansiyasının və bunlara aid su anbarlarının ləğvinə imkan verəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb